Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 16:25
"Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Bu oyuna qalib gələn qalibdir. Ola bilər ki, mən aylarla, illərlə görünməyim. Amma bilirəm ki, tamaşaçıların yaddaşında, ürəyindəyəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Şou-xəbər" verilişinə açıqlamasında deyib. Səhhəti ilə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisa tezliklə tamaşaçı qarşısına çıxacağını açıqlayıb:
"Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə görüşüb plan qururuq. Çox güman ki, məni may ayında səhnədə görəcəksiniz. Atam Bəşir Səfərov bu yolu gedib, ində mən də bunu davam etdirməliyəm. Atamın oğlu olsaydı, arxayın olardım".
Gənc aktyorlardan danışan A.Bəşirqızı "Azərbaycan teatrına, kinosuna istedadlar arzulayıram. Onların da özlərindən razı olmamasını diləyirəm. Yaratdıqca başını aşağı əy, təriflədikcə sakit qalıb sussunlar, dünyanı "dağıtmasınlar". Sənətkarlıqla hegemonluq bir araya sığmır" sözlərini söyləyib.
Həyat yoldaşı Əhməd Təhməzovdan danışan A.Bəşirqızı onun ünvanına təriflər yağdırıb:
"Həyat yoldaşım çox utancaq insandır. 43 ildir ki, biz dərdləşirik. Hamıya bu xasiyyətdə, mənlikdə və qürurluqda həyat yoldaşı arzu edirəm".