Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Başıma nə oyun açırsınız?" - Həyat yoldaşı efirə zəng etdi

Tarix: 30 Mart 2023 17:15

"1987-ci ildə avqustun 1-də ailə qurdum. Həyat yoldaşım deyirdi ki, filan paltarı geyinmə, ora getmə, bunu etmə. Ona görə də mən efirə az çıxırdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova "Günün sədası" verilişində deyib. Müğənni həyat yoldaşından danışaraq, onun qısqanc olduğunu bildirib.

B.Bəkirovanın bir vaxtlar polis kimi fəaliyyət göstərən həyat yoldaşı daha sonra efirə zəng edib. "Həyat yoldaşı xanımını anlamalıdır, yanında olmalıdır. Bu yaşımda başıma nə oyun açırsınız" deyərək, o, sualları cavablandırıb. 

Proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov isə "Faiq mənim dostumdur. İllərlə Bəstini toylara getməyə qoymayıb" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  Başıma oyun açırsınız Həyat yoldaşı efirə zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ