Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 12:48
"İrəvandakı reytinqimiz heç 30 faizə çatmır".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: "Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir".
Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.