Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyxanaçı Kərimdən YENİ XƏBƏR - Vəziyyəti ağırdır

Meyxanaçı Kərimdən YENİ XƏBƏR - Vəziyyəti ağırdır

Tarix: 31 Mart 2023 15:10

Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır. 

Milli.Az bildirir ki, bu barədə lent.az-a onun dostu, meyxanaçı Ağamirzə məlumat verib.

"İnsanlar Kərimi sevir, unutmurlar. Buna görə öz adımdan, ailəsi adından hamıya təşəkkür edirəm. Kərimin vəziyyətində təəssüf ki, yaxşılaşma yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır. Allah heç kimi belə ağır imtahanla sınağa çəkməsin. Danışa bilmir, çox zaman ətrfındakıları tanımır.",- o qeyd edib.

Meyxanaçı bildirib ki, ailəsi yaxın adamlardan başqa heç kimə Kərimlə görüşməyə icazə vermir. Bu da anlaşılandır.

"Adam ağır yataq xəstəsidir. Bu vəziyyətdə kiminsə gözünə görünmək istəmirsə, bunu anlamaq lazımdır".

Xatırladaq ki, meyxanaçı Kərim iki dəfə insult keçirib. İlk dəfə 2017-ci ildə beyninə qan sızan Kərim, 2021-ci ildə keçirdiyi ikinci insultla yataq xəstəsinə çevrilib, danışıq və hərəkət qabiliyyətini itirib.

O eyni zamanda yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.

Milli.Az


Etiketlər:  Meyxanaçı Kərimdən YENİ XƏBƏR Vəziyyəti ağırdır


RƏYLƏR