Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda benzin ucuzlaşacaqmı? - VİDEO

Azərbaycanda benzin ucuzlaşacaqmı? - VİDEO

Tarix: 31 Mart 2023 15:20

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir bareli 72 dollara satılır. Neftin ucuzlaşması isə benzinin qiymətinin enmə ehtimalını gündəmə gətirir.

"Aİ-95" premium və "Aİ-98" super markalı benzin Azərbaycanda istehsal olunmadığından bu marakalı benzin xaricdən idxal olunur. Bəs görəsən dünya bazarında neftin qiymətinin ucuzlaşması ölkəmizdə benzinin qiymətinə təsir edə bilərmi?

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisatçı-ekspert Xalid Kərimli deyir ki, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Yəni, qiymətlərin artıb-azalması məhz bu dəyişikliklərdən aslıdır. Məsələn, 2021-22 -ci illərdə dünya bazarında neftin bir barelinin qiymətinin artaraq 100 dollara yaxınlaşması Azərbaycanda bu növ benzinin bahalaşmasına səbəb oldu. Çünki Azərbaycan premium markalı benzini əsasən Rumunyadan ölkəmizə idaxal edir.

Xalid Kərimli deyir ki, indi isə fərqli mənəzrə yaşanmalıdır. Yəni, ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.

Ekspert deyir ki, hazırda dünyanın əsas neft hasilatçılarından olan ABŞ-də neftin qiymətinin ucuzlaşması yanacağın da qiymətinin aşağı düşməsinə səbəb olub.Yanacağın qiyməti Avropa ölkələrində də ucuzlaşıb.

Qeyd edək ki, hazırda ölkəmizdə "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2, "Aİ-98" markalı benzinin qiyməti isə 2 manat 30 qəpiyə satılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycanda benzin ucuzlaşacaqmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ