Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xatuna elçi düşən kimdir? - VİDEO

Xatuna elçi düşən kimdir? - VİDEO

Tarix: 1 Aprel 2023 10:05

Müğənni Xatun Əliyevaya elçi düşüblər.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən məsələ sənətçinin "Şou xəbər" verilişinə müsahibəsi zamanı üzə çıxıb.

Xatun əyləşdiyi avtomobilin oturacağından məktub tapıb. Həmin məktubda isə ifaçıya eşq təklifi olunub:

"Sənə qarşı fikrim ciddidir. Yaxınımda olsan da, özümü uzaq hiss edirəm".

Xatun məktubda yazılanları oxuduqdan sonra bu sözləri dilə gətirib:

"Mənə kimsə elçi düşüb. Bu məktub avtomobilimizə elə-belə qoyula bilməz. Bu mümkün deyil".

Qeyd edək ki, Xatun Əliyeva bir dəfə evli olub və ayrılıb. Onun Adil adında bir övladı var. Müğənnin oğlu ötən ilin noyabr ayında ailə qurub.

Milli.Az


Etiketlər:  Xatuna elçi düşən kimdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ