Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada donmuş çay üzərində əyləncə faciə ilə bitdi

Rusiyada donmuş çay üzərində əyləncə faciə ilə bitdi

Tarix: 2 Aprel 2023 10:06

Rusiyanın Arxangelsk vilayətinin ərazisində yerləşən Şimali Dvina çayının donmasını müşahidə edən yerli sakinlər motorlu yedək maşını ilə onun üzərində hərəkət etmək qərarına gəliblər.

Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, nəticədə buz qatı qırılıb və ortaya yaşlarında olan bir nəfər kişi və 16 yaşlı oğlan suya düşərək həlak olublar.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə mətbuat xidməti də təsdiqləyib.

Məlumatda həmçinin qeyd olunur ki, motorlu yedək maşınında dörd nəfər olub. Suya düşən iki nəfər xilas edilib, lakin digər iki nəfəri xilas etmək mümkün olmayıb.

Hazırda hər iki şəxsin axtarışları aparılır.


Etiketlər:  Rusiyada donmuş çay üzərində əyləncə faciə ilə bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ