Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sənətimdə böyük uğurlar əldə edə bilərdim, amma baxacaqdım ki, ailəm yoxdur” - FOTO

“Sənətimdə böyük uğurlar əldə edə bilərdim, amma baxacaqdım ki, ailəm yoxdur” - FOTO

Tarix: 3 Aprel 2023 18:15

Türkiyədə qalsaydım, fəaliyyətimə orada davam edəcəkdim

Milli.Az xəbər verir ki, bunu moderator.az-a tanınmış müğənni Aygün Şükürova deyib.

"Bilirsiniz ki, Bülənt Ərsoy başda olmaqla Türkiyənin bütün sənətkarları hər zaman məni tərifləyib, haqqımda xoş sözlər deyirdilər. Ola bilər ki, Türkiyə kanallarındakı verilişlərdə çıxış edim. Bu haqda düşünürəm. Çünki onlarla münasibətim qalıb. "Popstar" yarışmasından qayıdandan sonra çox insan dedi ki, "niyə sənətini orada davam etdirmədin?". Amma mən öz ölkəmə qayıtdım, çünki ailəm, uşaqlarım burada idi. 14 ildir ki, ailəmi qoruyub saxlayıram. Ailəmi hər şeydən üstün bildim. Düşündüm ki, uşaqlarımı böyüdüm, sonra sənətimə davam edərəm. Sənətimdə böyük uğurlar əldə edə bilərdim, amma baxacaqdım ki, ailəm yoxdur. Sevib ailə həyatı qurmuşam, heç peşiman da deyiləm. İndinin özündə də qaça-qaçdayam. Çox çətindir. Uşağı məktəbə aparıb, studiyaya qaçıram. Nə qədər dözə biləcəyəmsə, sənətimə davam edəcəyəm. Ailə ilə sənəti bir yerdə aparan sənətçilər, o qədər də böyük uğurlar əldə edə bilmirlər. Əgər evdə dəstəkçin varsa, yeməyi falan hazırlayanın varsa, uşaqlarla məşğul olanın varsa bu problem deyil. Belə də olanda uşaq ananı görmür, analıq hissi uşağa yad gəlir. Mənim düşüncəmə görə bu doğru deyil" deyə müğənni bildirib.
Aygün Şükürova konsertlə bağlı sualı da cavablandırıb.

"5 mahnı ilə mən konsert verə bilmərəm. Əlimdə ən azı 20-25 mahnım olmalıdır. Restoranlarda konsertlər olur, insanlar səni izləyirlər. Yemək yeyilən restoranda konsert bir az yaxşı çıxmır. Əvvəl xalq artistlərimiz restoranlarda konsert veriblər ki? O zaman insanın ruhu yox, qarnı qidalanır. İstəyirəm ki, konsertdə insanın ruhu qidalansın" deyə sənətçi bildirib.

"Sənətdə ən böyük arzunuza çatmısınız?" sualına müğənni belə cavab verib.

"Sənətdə ən böyük arzuma hələ çatmamışam. Sənətlə bağlı arzularım çoxdur. İnşallah ki, bu arzularıma çataram" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Sənətimdə böyük uğurlar əldə edə bilərdim amma baxacaqdım ki ailəm yoxdur FOTO


RƏYLƏR