Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bank kartından 20 min manata yaxın pul oğurlayan şəxs tutuldu

Bank kartından 20 min manata yaxın pul oğurlayan şəxs tutuldu

Tarix: 3 Aprel 2023 20:38

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bank kartından 20 min manata yaxın pul oğurlayan şəxs tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ