Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messinin fitə basılması futbola təhqirdir"

Tarix: 4 Aprel 2023 08:18

Futbol üzrə Fransa millisinin sabiq yarımmüdafiəçisi Emmanuel Peti PSJ azarkeşlərinin Lionel Messini fitə basmasına münasibət bildirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, millinin heyətində 1998-ci ildə dünya çempionu olmuş 52 yaşlı mütəxəssis fanatların bu addımını pisləyib: 

"Bu, mənə görə futbola təhqirdir. Messi və Neymara qarşı bunu edənlər bir it sürüsüdür. Lionelə məsləhət verə bilsəm, ona buradan getməsini deyərdim!
 
PSJ-nin uğursuz çıxışında tək Messi günahkardır? O, çubuqlu maestrodur, onun ətrafında olan oyunçular səy göstərməlidirlər. Verratti və başqaları... topu istəyirlər, amma özləri qərar vermirlər.
 
Baş məşqçi Kristof Qaltye qalan oyunçuların məsuliyyət daşımalı olduğunu söyləməkdə haqlıdır. Yalnız PSJ azarkeşləri başa düşmürlər ki, Messinin düzgün tərəfdaşlara ehtiyacı var və onlar menecerlərin dəyərsiz əməyi ucbatından orada deyillər. PSJ futbol klubu deyil. Bu, hətta 20 yaşlı oyunçular üçün də təqaüdə çıxmazdan əvvəl gələcəkləri bir yerdir".
 
Xatırladaq ki, "Park de Prins"də Lion "Olimpik"inə 0:1 hesabıyla uduzduqları oyunda azarkeşlər Lionel Messini fitə basıblar. Daha öncə PSJ fanatları Neymardan da narazılıqlarını bu cür bildirirdilər.

Milli.Az


Etiketlər:  Messinin fitə basılması futbola təhqirdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ