Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 09:26
Rusiyanın Moskva vilayətinin Klin şəhər dairəsində dəhşətli qətlin üstü açılıb.
Belə ki, tarlada 30 yaşlı kişinin meyiti tapılıb. Onun ayaqları bağlı vəziyyətdə olub, sol qolu kəsilib. Ölümünə səbəb isə mədəsindən aldığı güllə yarası olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, faktla bağlı həmin şəxsin 68 yaşlı atası saxlanılıb. O, törətdiyi cinayəti, mübahisə zəminində oğlunu tapança ilə vurduğunu etiraf edib (saxlanılan şəxsin 3 silahı qeydiyyatda olub).