Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti qəbiristanlıqdakı qiymətlərdən şikayətləndi - VİDEO

Xalq artisti qəbiristanlıqdakı qiymətlərdən şikayətləndi - VİDEO

Tarix: 4 Aprel 2023 17:05

Xalq artisti Cavan Zeynallı həyat yoldaşını Qusarda dəfn etməsinin səbəbini açıqlayıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, caz ifaçısı bu haqda "Səhər mərkəzi" verilişində danışıb. O bildirib ki, qəbiristanlıqda dəfn üçün ondan çox pul istəyiblər:

"Onun üçün Bakıda yer tapdım, mənə hörmət etdilər. Apardılar ki, burada Rauf Hacıyevin qızı basdırılıb. Deyirəm, haradadır? Göstərdilər ki, buradakı yeri sizin üçün ayırmışıq. Burada elə qiymətlərdir ki... Qusarda belə qiymət yoxdur. Həm də ailəsi gəldi ki, aparırıq Qusara. Deyirəm ki, yer tapmışam, pul vermişəm. Cavab verdilər ki, Röya vəsiyyət edib ki, mənə nəsə olsa, anamın, atamın, qardaşımın yanında dəfn edin. Rahat oldum, Bakıda çoxluqdur, orada rahatlıqdır". 

C.Zeynallı Finlandiyada yaşayan qızı ilə heç bir əlaqəsi olmadığını deyib:

"Orada ailəsi var. Necə gedim? Gedib Finlandiyada məhkəməyə verim? Başqa ailədir. Düşünürəm ki, ona dəymək olmaz". 


Etiketlər:  Xalq artisti qəbiristanlıqdakı qiymətlərdən şikayətləndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ