Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 18:50
Daha çox Mixail Qalustyan kimi tanınan Nşan Qalustyan Ermənistan pasportu alıb. Budur sevinc, əhalimizin sayı artıb! Maraqlıdır, Qalustyan qəfildən Ermənistan vətəndaşı olmaq və bu barədə bütün dünyaya məlumat vermək qərarına niyə gəlib? Bəlkə də başqa bir tarixi dönəmdə bu xəbər bizi sevindirərdi, amma indi onun Ermənistan vətəndaşı olması xəbəri bizdə ikrah hissi oyadır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
"Hamımız onun bu addımının arxasında nə olduğunu mükəmməl başa düşürük. Niyə o, əvvəllər vətəndaşlıq almaqla istəmirdi? Bəli, hamısı ona görə ki, Qalustyan əvvəllər Ermənistanla maraqlanmırdı. O, Rusiyada doğulub böyüyüb, şoumen karyerasını orada qurub. Qalustyan praktiki olaraq orada Ermənistanın adını çəkməyib. Amma Rusiyada kütləvi səfərbərlik təhlükəsi yarananda, ona qarşı şəxsi sanksiyalar üfüqdə görünəndə, Mişa yenidən Nşana çevrildi və Ermənistan vətəndaşlığının alınması ilə məşğul oldu. Yəni ən adi eqoist maraqlara görə", - o bildirib.
Arşakyan vurğulayıb ki, Qalustyan son bir ildə Ermənistan vətəndaşlığı üçün müraciət edən yeganə Rusiya ermənisi deyil:
"İrəvan və Gümrü küçələrində gəzin, görərsiniz ki, onların sayı necə artıb. 44 günlük müharibə zamanı onlar burada olmayıblar. Sosial şəbəkələrdəki axmaq və faydasız yazılardan başqa onlardan heç bir kömək olmadı. Amma onlar Rusiyada müharibə qoxusu gələn kimi Ermənistana qaçdılar".
Qeyd edək ki, Mixail Qalustyanın erməni pasportu alması və bunu açıq şəkildə bəyan etməsi ermənilərin ciddi tənqidlərinə səbəb olub. O, qorxaq, ikiüzlü və satqın adlandırılıb.