Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qəsəbənin küçələrini su basıb - VİDEO

Bakıda qəsəbənin küçələrini su basıb - VİDEO

Tarix: 4 Aprel 2023 19:14

Sabunçu rayonu, Maştağa qəsəbəsinin küçələrini yağış suları basıb.

Necə illərdir günəşli havada toz, yağışlı havada isə palçığa görə keçilməz olan yollar günü-gündən sıradan çıxır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,qəsəbənin Mehdi Hüseynzadə küçəsinin sakinləri mövcud problemdən təngə gəldiklərini bildirirlər.

Sakinlər yağıntılı havada  evdən çıxıb harasa getməyin müşkülə çevrildiyini deyirlər. Onlar   qəsəbədə kanalizasiya sisteminin olmamasından şikayət edirlər.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən isə şifahi olaraq bildirildi ki, həmin ünvanda infrasturktur mövcud deyil. Abşeron yarımadası üzrə master plana əsasən gələcəkdə müvafiq infrasturkturun qurulması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bakıda qəsəbənin küçələrini basıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ