Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 05:28
Tarixi komandalarımızdan olan "Kəpəz"in doğma meydanı artıq doğmalıqdan çıxıb. Təmirsiz stadion, bərbad vəziyyətdə olan oturacaqlar və baxımsız qalmış ot örtüyü bunu deməyə əsas verir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda rəqiblərilə oyuna gözükölgəli çıxan "Kəpəz", deyəsən hələ bir müddət də bu vəziyyətlə barışmalı olacaq.
Maraqlıdır ki, "Kəpəz" məhz bu baxımsız vəziyyətdə olan stadionda oynadığı son 6 qarşılaşmada məğlub olmayıb. Bəlkə də Gəncə təmsilçisi acınacaqlı vəziyyətə baxmayaraq, imza atdığı 2 qələbə və 4 heç-heçənin eyforiyasındadır. Amma sual doğuran məqam odur ki, görəsən, bu vəziyyətdən çıxış yolu varmı? Ölkənin ən böyük futbol məktəbi hesab olunan Gəncə şəhərinin komandası bu stadiondan avrokuboklara necə çıxacaq? Ot örtüyü belə bərbad vəziyyətdə olan komandadan görəsən yenidən Yunis Hüseynovlar, Maşallah Əhmədovlar, Vidadi Rzayevlər yetişəcəkmi? Ölkənin ən böyük futbol qurumu olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Gəncə şəhər stadionunun real vəziyyətini nə vaxt görəcək?
Qeyd edək ki, kifayət qədər legionerin də çıxış etdiyi "Kəpəz" klubunun bu utancverici vəziyyətdən xilas olmasını rəqib komandaların azarkeşləri də istəyir. Ən azından normal meydandan yaxşı mübarizə izləmək üçün.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: