Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumət işçilərinin “TikTok”dan istifadəsi qadağan ediləcək

Hökumət işçilərinin “TikTok”dan istifadəsi qadağan ediləcək

Tarix: 5 Aprel 2023 21:00

Avstraliya hökuməti dövlət işçilərinə "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.

"Kəşfiyyat və təhlükəsizlik agentliklərinin tövsiyələrinə əsasən, mən hökumət qurumlarının təhlükəsizlik siyasətini qorumaq üçün "TikTok" tətbiqindən istifadəni qadağan etmək üçün məcburi icra sərəncamının hazırlanmasına göstəriş vermişəm", - deyə Avstraliyanın baş prokuroru vurğulayıb.

Lakin prokuror qadağanın hansı tarixdən etibarən qüvvəyə minəcəyini söyləməyib.


Etiketlər:  Hökumət işçilərinin TikTokdan istifadəsi qadağan ediləcək


RƏYLƏR