Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 20:38
Rusiya sosial mediasında da iddia edildiyi kimi, Rusiya Müdafiə Nazirliyi çox böyük ehtimal general-polkovnik Rüstəm Muradovu Ukraynadakı Şərq Qüvvələr Qrupunun komandanı vəzifəsindən uzaqlaşdırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti yaydığı məlumatda bildirib.
Qeyd olunub ki, Rüstəm Muradovun rəhbərlik etdiyi Şərq Qüvvələri Qrupu Uqledar şəhəri istiqamətində son aylarda olduqca ağır itkilər verib: "Donetsk vilayətinin Uqledar şəhərinə dəfələrlə hücuma baxmayaraq, onlar şəhəri ələ keçirə bilməyib. Əməliyyatlar, Muradovun rəhbərlik etdiyi qoşunları da daxil olmaqla, rus şərhçiləri tərəfindən kəskin ictimai tənqidlərə səbəb olub".
Kəşfiyyat xidməti bildirib ki, bu, Rusiya ordusunda 2023-cü ildə indiyədək ən yüksək səviyyəli vəzifədən azad edilmə halıdır.