Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə həyəcan: Ən zəhərli ilanlardan biri uçuş vaxtı pilota hücum etdi

Təyyarədə həyəcan: Ən zəhərli ilanlardan biri uçuş vaxtı pilota hücum etdi

Tarix: 7 Aprel 2023 10:10

Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan pilota hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölümcül zəhərli kobra sərnişin təyyarəsinin kabinəsinə girib.

Qeyd olunur ki, uçuş zamanı pilot belində nəsə sürüşkən və soyuq bir şeyin olduğunu hiss edib. Məlum olub ki, havaya qalxmazdan əvvəl Afrikanın ən zəhərli ilanlarından biri (Cape cobra) təyyarəyə girib.

Pilot vəziyyəti dəyərləndirib və ən yaxın hava limanına təcili eniş etmək qərarına gəlib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.

İlanı axtarmaq üçün təyyarəyə ilan ovçusu dəvət edilsə də, onu tapa bilməyib.

Milli.Az


Etiketlər:  Təyyarədə həyəcan Ən zəhərli ilanlardan biri uçuş vaxtı pilota hücum etdi


RƏYLƏR