Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏYƏCAN TƏBİLİ - Xəzər dənizində suyun azalması pik həddə: gəmilərin hərəkəti müşkülə çevriləcək - VİDEO

HƏYƏCAN TƏBİLİ - Xəzər dənizində suyun azalması pik həddə: gəmilərin hərəkəti müşkülə çevriləcək - VİDEO

Tarix: 7 Aprel 2023 11:12

Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.

Xəzər TV rəsmi mənbələrə istinadən məlumat verir ki, azalma bu templə davam edərsə 10 il sonra Xəzərdə gəmilərin hərəkəti müşkülə çevriləcək.

Bəs suyun səviyyəsinin bu qədər enməsinə səbəb nədir?

Coğrafiya institutunun şöbə müdiri Səid Səfərov "Xəzər Xəbər"deyir ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səviyyənin artması və ya azalması əsasən inqlim dəyişikliyi ilə bağlı olur. Dənizi qidalandıran çayların səviyyəsi də buna birbaşa təsir edir.

Şöbə müdiri əlavə edib ki, Kür çayının ölkəmizə daxil olan hissəsindəki səviyyəsi ötən ilə nisbətən 30 faiz çoxdur. Lakin çay Azərbaycana daxil olduqdan sonra sanki buxarlanır.

Kür çayının səviyyəsinin aşağı olması, eləcə də iqlim dəyişiklikləri xəzərin səviyyəsinə ciddi təsir edir.

Səid Səfərov deyir ki, hazırda suyun səviyyəsində 32 sm azalma müşahidə olunur.

Azərbaycan ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-dən bildirilib ki,  gəmilərin körpülərə maneəsiz yan almasının təmin edilməsi üçün Bakı limanında mütəmadi dib dərinləşdirmə işləri həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  HƏYƏCAN TƏBİLİ Xəzər dənizində suyun azalması həddə gəmilərin hərəkəti müşkülə çevriləcək VİDEO


RƏYLƏR