Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 17:26
Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı zaman vəziyyəti pisləşib və yerə yıxılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu zaman orada olan bələdiyyə sədri Mehmet Çerçi ona ilkin tibbi yardımı göstərib.
Eyni zamanda həkim olan bələdiyyə sədri Mehmet Çerçi və həmçinin qadınlar olan hissədən köməyə gələn tibb bacısı infarkt keçirən şəxsi ölümdən xilas ediblər.
Cerçi ona ürək masajı edib, tibb bacısı isə süni nəfəs verib. Daha sonra Nazmi Başaran sağlamlıq qruplarına təhvil verilib və o, xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyi məlum olub. Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.