Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 12:02
Bərdə rayon, Türkmən kəndində toplanan tullantılar ərazidə xoşagəlməz mənzərə yaradıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, zibil qutuları olmadığı üçün hər kəs əlinə keçəni yolun kənarına atır. Bu isə hər kəsi narahat edir.
Sakinlər tullantıların sonuncu dəfə nə zaman yığıldığını xatırlamadıqlarını deyirlər. Onlar iddia edirlər ki, tullantılar vaxtında daşınmır.
Məsələ ilə bağlı Bərdə Kommunal müəssisələr kombinatı birliyindən bildirilib ki, sözügedən ərazi onların xidməti sahəsinə daxil deyil. Tullantıların daşınmasına kənd bələdiyyəsi cavabdehdir.
Türkmən kənd bələdiyyəsindən isə bildirilibki, ərazi Bərdə şəhərinin balansındadır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.