Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada meşəbəyini kim döyüb? - FOTO

Qubada meşəbəyini kim döyüb? - FOTO

Tarix: 8 Aprel 2023 13:50

Qubada meşəbəyinin döyülməsi haqda məlumat yayılıb. 

Milli.Az xəbər verir ki, Şahin Qafarov adlı meşəbəyinin üzərində xəsarətlər olan fotosu sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, o ağacların kəsilməsinə etiraz etdiyi üçün döyülüb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Xəyal Talıbov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma aparılıb:

"Hadisə ilə bağlı Şahin Qafarov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hadisə ilə bağlı müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib.

Təbriz Qürbətov isə DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə zəng edərək meşə idarəsində fəhlə kimi çalışdığı müddətdə əməkhaqqını ala bilməməsini, eləcə də xəsarət almasına görə ona maddi köməklik göstərilməməsini bildirib. Məsələ ilə bağlı Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib.

Həmçinin Ramin Zeynalov Quba RPŞ-yə ərizə ilə müraciət edərək Meşə Təsərrüfatı Mərkəzinin Vəl-vələ  meşəbəyliyin 2 saylı dolayında odun maşınından yıxılaraq xəsarət almasını bildirib. Həmin faktla bağlı RPŞ-nin təhqiqat bölməsində müvafiq araşdırmalar aparılıb və baxılması üçün Rayon Prokurorluğuna göndərilib".

Milli.Az


Etiketlər:  Qubada meşəbəyini kim döyüb FOTO


RƏYLƏR