Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Marşal Klubunun növbəti genişmiqyaslı təlimi keçirilib - FOTO

Bakı Marşal Klubunun növbəti genişmiqyaslı təlimi keçirilib - FOTO

Tarix: 8 Aprel 2023 15:54

8 aprel tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu BŞH əməkdaşları, media nümayəndələri və məktəblilər üçün yerli marşalların iştirakı ilə genişmiqyaslı təlim keçirib.

Təlimin  keçirilməsində əsas məqsəd yarış zamanı yarana biləcək fövqəladə hallar və qarşılıqlı fəaliyyət planlarının sınaqdan keçirilməsi, təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün yerli marşalların peşəkarlığının daha da artırılmasıdır. 

Yarış simulyasiyasından əlavə olaraq media numəyəndələri və məktəblilərə Formula 1 avtoidmanı ilə yaxından tanışlıq məqsədi daşıyan xüsusi təlim keçirilmişdir.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə  Formula 1 Azərbaycan Qran Prisinin  idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb. 

Praktiki hissədə isə təlim üçün  salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Tədbir zamanı Azərbaycan Avtomobil Federasiyasına məxsus "Volkicar" maşınlarının sürücüləri iştirakçılar üçün xüsusi yarış keçirib. Bundan əlavə, tədbir məkanında təşkil olunmuş lüks avtomobillər sərgisi və drift - avtomobillərin şou xarakterli yarışı iştirakçıların böyük marağına səbəb olmuşdur. 

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 28-30 aprel tarixlərində keçiriləcək. Yarışın təşkilində 1470 marşal iştirak edəcək.

Milli.Az


Etiketlər:  Bakı Marşal Klubunun növbəti genişmiqyaslı təlimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ