Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını zəncirləyib uşaq doğmağa məcbur etdi

Arvadını zəncirləyib uşaq doğmağa məcbur etdi

Tarix: 9 Aprel 2023 15:38

Çinli blogger Syuçjou əyalətinin bir kəndindəki bir evin yaxınlığında torpaq döşəməli tövləyə oxşar yerdə boynunda dəmir zəncir olan 40 yaşlı Syaouamey adlı qadının yaşadığını aşkar edib. O, çaşmış və əqli cəhətdən bacarıqsız görünürmuş. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bloggerin sözlərinə görə, o, ərindən səkkiz uşaq dünyaya gətirib və insan alverinin qurbanı olub.

Qadın arvadını cismani zövqlər, eləcə də övlad dünyaya gətirmək üçün istifadə edən ərinin əsiri olub. Bütün bunlara baxmayaraq, yerli hakimiyyət orqanları insan alveri ilə bağlı iddiaları təkzib edib və cütlüyün qanuni nikah şəhadətnaməsi olduğunu iddia ediblər. İctimaiyyətə açıqlama verildikdən sonra iş üzrə cinayət təqibi başlayıb.

İstintaq zamanı məlum olub ki, Syaouamey gənc yaşlarında doğma Yunan əyalətindən qaçırılaraq külli miqdarda pul qarşılığında fermerə satılıb. Bir neçə satışdan sonra gələcək ərinə çatıb. Üçüncü övladı dünyaya gəldikdən sonra onun şizofreniya xəstəliyi daha da pisləşib və Donq Çjimin onu evindən tapıldığı yerə köçürüb və orada bağlı saxlayıb.

Nəticədə, Donq arvadına işgəncə vermək, zorakılıq etmək və əsirlikdə saxlamaqda təqsirkar bilinərək 9 il həbs cəzasına məhkum edilib. Kənddən çıxarılan qadın  hazırda tibb müəssisəsində müalicə olunur.

Milli.Az


Etiketlər:  Arvadını zəncirləyib uşaq doğmağa məcbur etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ