Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 11:14
Ötən gün paytaxtın müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli bu gün məhkəmə qarşısına çıxarılacaq.
Sonxeber.net BAKU.WS-ə istinadən bildirir ki, ardınca gənc sürücü barəsində qərar qəbul olunacaq.
Nəzərinizə çatdıraq ki, Rauf Cabbarlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin üçüncü kurs tələbəsidir.
Universitetdən BAKU.WS-ə verilən məlumata görə, həmin tələbə orta qiymətlərlə təhsil alır. Əvvəllər isə belə hal ümumiyyətlə baş verməyib. R.Cabbarbəyli barədə ali təhsil ocağında davamiyyət məsələsində də problemlər yaşanmayıb.
Bəs görəsən, gələcəkdə tələbənin başqa belə hadisədə adı hallanarsa onunla bağlı universitet tərəfindən tədbir görüləcəkmi?
"Universitetdə tələbələrə təhsil verməklə yanaşı həm də təlim-tərbiyə ilə bağlı işlər də görülür. Hərbi vətənpərvərlik mövzusunda söhbətlər edilir, müxtəlif tədbirlər keçirilir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif imkanlar yaradılır. Amma tələbələrin bu məşğuliyyətlərdən istifadə edib-etməməsi tamamilə tövsiyə xarakterlidir. Universitetin hazırda 17 000-dən artıq tələbəsi var. Onların təhsil ocağından kənar fəaliyyətinə Universitet nə edə bilər ki?", - sözügedən universitetin mətbuat katibi Bəhruz Nəzərov sualı cavablandırıb.