Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oruc tutan futbolçu qıcolmadan əvəzləndi

Oruc tutan futbolçu qıcolmadan əvəzləndi

Tarix: 10 Aprel 2023 23:56

"Monpelye"nin müsəlman müdafiəçisi Mamadu Sako susuzluqdan yaranan ayağındakı qıcolma səbəbindən Fransa Liqa 1-in 30-cu turunda "Tuluza" ilə matçın 78-ci dəqiqəsində (1:2) əvəzlənib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb. Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib.

Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb. Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı.

Milli.Az


Etiketlər:  Oruc tutan futbolçu qıcolmadan əvəzləndi


RƏYLƏR