Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda daha bir sürücüdən ağlasığmaz addım - ANBAAN VİDEO

Bakıda daha bir sürücüdən ağlasığmaz addım -  ANBAAN VİDEO

Tarix: 11 Aprel 2023 09:42

Bakıda daha bir sürücü avtomobilini nəqliyyat vasitələrinin axını istiqamətində, amma geriyə idarə edib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın "20 Yanvar" metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. 

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində "Volkswagen Touareg" markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. 

Milli.Az


Etiketlər:  Bakıda daha bir sürücüdən ağlasığmaz addım ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ