Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 19:36
Türkiyədə küçədə bir-birinə tərs baxan qadınlar dalaşıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi rayonu Hüdavəndigar Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, iki qadın arasında tərs baxmaq məsələsi ilə bağlı mübahisə düşüb.
Mübahisə qısa zamanda davaya çevrilib. Qadınlar bir-birinin saçını amansızcasına yolarkən ətrafdakı vətəndaşlar müdaxilə edib. Dava vətəndaşların müdaxiləsi ilə dayandırılıb.
Hadisə yerinə gələn polis qadınları bölməyə aparıb.