Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polkovnik bugünkü TƏXRİBATIN əsas məqsədini açıqladı: Kopırkin dünən demişdi ki...

Polkovnik bugünkü TƏXRİBATIN əsas məqsədini açıqladı: Kopırkin dünən demişdi ki...

Tarix: 11 Aprel 2023 23:54

"Bu gün baş verənlər bir daha onu göstərir ki, Ermənistan və ona havadarlıq edənlər regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyillər".

Milli.Az xəbər verir ki, bu sözləri musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert vurğulayıb ki, bu təxribat Ermənistan və ona havadarlıq edənlər tərəfindən həyata keçirilib:

"Mən konkret olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dünənki açıqlamasına əsasən demək istəyirəm ki, bu təxribatın həyata keçirilməsində əsas məqsədlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi idi. Rusiya səfiri onun dərhal həyata keçirilməsi üçün artıq hazır olduqlarını bildirdi. Bundan əlavə, unutmayaq ki, Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ABŞ-da səfərdə idi. Onun səfəri də bəzi dairələrdə - konkret olaraq İranda, Rusiyada, onların vassalı olan Ermənistanda çox böyük narahatlıqla qarşılandı. Baş verən təxribatın bir elementi də həmin görüşlərlə bağlıdır.  

Allah şəhidlərimizə rəhmət etsin! Yaxınlarına Allahdan səbr diləyirəm".

Polkovnik xatırladıb ki, Ermənistan çox ciddi itkilərə məruz qalıb:

"Onlar Gorusun Dığ kəndi ərazisindəki mövqelərini itiriblər, darmadağın ediliblər. Ölənləri, yaralıları var. Azərbaycan ordusu bundan sonra da düşmənin bütün təxribatlarının qarşısını almaq gücündədir. İstər sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə olsun, istərsə də Ermənistan ərazisi olsun - fərq etməz. Düşmən yaxşı-yaxşı fikirləşməlidir ki, gələcəkdə bu cür təxribatları davam etdirəcəyi təqdirdə cavabları çox sərt, amansız olacaq".

Milli.Az


Etiketlər:  Polkovnik bugünkü TƏXRİBATIN əsas məqsədini açıqladı Kopırkin dünən demişdi ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ