Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burak Özçivit 5 milyonluq yaxta aldı - FOTO

Burak Özçivit 5 milyonluq yaxta aldı - FOTO

Tarix: 12 Aprel 2023 01:02

İkinci dəfə ata olan Türkiyənin məşhur aktyoru Burak Özçivit 5 milyon TL-yə ( 441 000 manat) yaxta alıb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, dalğıclıq və balıq ovu ilə maraqlanan Burak Özçivitin aldığı yaxtanın uzunluğu 13 metrdir.

Çəkilişlərdən qalan vaxtda Bodrum Gümüşlükə gedən aktyor balıq tutur. O, eyni zamanda dalğıclıq təhsili almağa da başlayıb.

İddialara görə, Burak ailəsi üçün daha bir yaxta almaq niyyətindədir. Belə ki, Gümüşlükdə villası olan aktyor ailəsi ilə birlikdə "Mavi Tura" çıxmaq istəyindədir. Bunun üçün də 24 metrlik yaxtaya təxminən 50 milyon TL (4 410 000 manat) ödəyəcəyi deyilir.

Qeyd edək ki, 2017-ci ildən bəri evliliklərini davam etdirən Burak Özçivit və Fahriye Evcen 2019-cu ildə oğulları Karanın doğulması ilə ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıblar. Cütlüyün yanvar ayında ikinci körpəsi Kərəm dünyaya gəlib. Bu vaxt Özçivit həyat yoldaşına hədiyyə olaraq 10 milyon TL (təxminən 912 min manat) dəyərində lüks avtomobil alıb.

Milli.Az


Etiketlər:  Burak Özçivit milyonluq yaxta aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ