Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu universitetin zirzəmisində 9 500 beyin var

Bu universitetin zirzəmisində 9 500 beyin var

Tarix: 12 Aprel 2023 02:04

Danimarkanın Odens Universitetinin zirzəmisi tədqiqatçıların diqqət mərkəzindədir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, burada  9 500 nəfərin beyni saxlanılır. Bunlar 1945-1980-ci illərdə bir psixiatr tərəfindən toplanıb. Beyinlər ölümdən sonra autopsiya yolu ilə götürülüb. Psixi xəstələrin yaxınları proseslə bağlı məlumatlandırılmayıb.

1929-1967-ci illərdə Danimarkada psixiatriya xəstəxanalarına düşənlər məcburi qaydada sterilizasiya olunurdular. Məqsəd onların nəsil artırmasının qarşısını almaq idi. Sonradan qərar ləğv edilsə də, 1990-cı ilədək onlar yalnız xüsusi icazə ilə evlənə bilərdilər.

1982-ci ilədək hər ölənin meyiti təşrih edilirdi və bu, normaya çevrilmişdi. 

Sözügedən kolleksiya kənarda gizli saxlansa da, 2018-ci ildə Universitetə verilib. Burada alimlər bir çox psixi xəstəliklə bağlı tədqiqat aparıblar.

Milli.Az


Etiketlər:  Bu universitetin zirzəmisində 9 500 beyin var


RƏYLƏR