Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astroloqdan seçkilərlə bağlı şok proqnoz - "Namizədlərdən biri öləcək"

Astroloqdan seçkilərlə bağlı şok proqnoz -

Tarix: 12 Aprel 2023 16:00

Türkiyənin tanınmış astroloqlarından olan Meral Güven proqnozu ilə gündəmə gəlib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, astroloqun siyasətlə bağlı proqnozu gündəm olub. O bildirib ki, Türkiyədə seçkilərə 5 gün qalmış prezidentliyə namizədlərdən biri vəfat edəcək. Astroloq bu halın seçkilərə ciddi təsir edəcəyini ifadə edib. O, vəfat edəcək namizədin kimliyini açıqlayacağını ifadə edib.

Paylaşımının sosial mediada gündəm olmasından sonra yeni açıqlama verən astroloq Meral Güven, "Siyasətçilərin niyə heç ölməyəcəkmiş kimi yaşadıqlarını anlaya bilmirəm. Proqnozumun arxasındayam, namizədlərdən biri seçkilərdən 5 gün əvvəl öləcək" -deyə bildirib.

Milli.Az


Etiketlər:  Astroloqdan seçkilərlə bağlı şok proqnoz Namizədlərdən biri öləcək


RƏYLƏR