Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ikinci nəhəng dron gəmisinin tikintisinə başlayır

Türkiyə ikinci nəhəng dron gəmisinin tikintisinə başlayır

Tarix: 13 Aprel 2023 12:54

Türkiyədə TCG Anadolu hərbi hücum gəmisindən daha böyük gəminin inşasına başlanılır.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"TCG Anadolu öz gəmiqayırma zavodumuzda istehsal olunub. Tanklar da onların içərisinə yerləşdirilə bilər. Gəminin 1400 işçi heyəti var. TGC Anadolu ilə Türkiyənin hər yerində hərbi əməliyyatlar aparacağıq", - deyə prezident bildirib.

Məlumat üçün qeyd edək ki, Dünyada ilk dron gəmisi olan TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də yerləşdirilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyə ikinci nəhəng dron gəmisinin tikintisinə başlayır


RƏYLƏR