Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Qərbə meydan oxudu: Sahel sizin deyil!

Rusiya Qərbə meydan oxudu: Sahel sizin deyil!

Tarix: 13 Aprel 2023 13:36

Sahel bölgəsi Qərbə aid deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Nebenzya Qərb ölkələrini malililərin və regiondakı digər ölkələrin sakinlərinin öz problemlərini onların iştirakı ilə həll etməsinə icazə verməyə çağırıb.

"Rusiya Mali ordusuna hərtərəfli yardım göstərir, o cümlədən onun döyüş qabiliyyətinin artırılması, hərbi kadrların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlanması sahəsində. Bizim ikitərəfli qarşılıqlı fəaliyyətimiz Bamakonun tələbi əsasında və qüvvədə olan beynəlxalq hüquqa ciddi uyğun olaraq həyata keçirilir", - Nebenzya söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə bağlı iclasında Albaniya nümayəndəsi Mali hərbçilərini və "Vaqner" qrupunu insan haqlarını pozmaqda günahlandırıb.

Milli.Az


Etiketlər:  Rusiya Qərbə meydan oxudu Sahel sizin deyil


RƏYLƏR