Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polislər əsgər analarını TƏHQİR ETDİ– Ermənilər aksiyaya başladı

Polislər əsgər analarını TƏHQİR ETDİ– Ermənilər aksiyaya başladı

Tarix: 13 Aprel 2023 23:44

44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri onlara qarşı zorakılıq edən 13 polis əməkdaşının 24 saat ərzində məsuliyyətə cəlb olunmasını tələb edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ölən əsgərlərdən birinin atası Ara Rüstəmyan 24 saatlıq oturaq aksiya keçirəcəklərini elan edib.

"Bütün faktlar sübut edir ki, onlar beş qadına qarşı zorakılıq tətbiq edib, bədən xəsarəti yetiriblər. Əmr verdiyini deyən komandiri də daxil olmaqla, 13 polisə qarşı ittiham irəli sürülməzsə, 24 saat ərzində yeni açıqlama verəcəyik. Əks halda, o zaman tələblərimiz qanuni müstəvidən başqa müstəviyə keçəcək. Bütün gecəni burada olacağıq, bizə qoşulun", - o bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrın 21-də "Erablur" məzarlığına gələn baş nazir Nikol Paşinyanı qoruyan erməni polisi bəzi ziyarətçilərə zor tətbiq edib, onlara ağır xəsarətlər yetirib.

Milli.Az


Etiketlər:  Polislər əsgər analarını TƏHQİR ETDİ Ermənilər aksiyaya başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ