Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 13:46
Bağçalara kamera quraşdırılacaq, uşaqlara verilən yeməklər peşəkar müəssisə tərəfindən hazırlanacaq.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, 1700-ə yaxın bağçanın monitorinqi aparılıb, ciddi problemlər aşkarlanıb.
Araşdırma zamanı bəlli olub ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar ora gəlmir.
Elnur Əliyev bildirib ki, paytaxtla yanaşı bölgələrdə də bağça çatışmazlığı və ciddi təmirə ehtiyacı olan müəssisələr var.
Şöbə müdirinin sözlərinə görə, bəzi bağçalarda qida normalarına da düzgün əməl edilmir. Hətta bu nöqsanlara yol verən bağça müdirələri cəzalandırılıb.
Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində də iş aparılır. Bu proses 2026-cı ilə qədər icra olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: