Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 15:15
Əməkdar artist Könül Kərimova Nigar Şabanovanın qadınları yas mərasiminə makiyajda getməsi haqda fikirlərinə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, müğənni bu haqda axşam.az-ın instaqram səhifəsindəki paylaşıma şərh yazıb. O bildirib ki, qadınlar nəinki makiyaja, heç geyimlərinə də fikir vermirlər:
"Çox düz... Makiyaj bir yana, hətta geyimlər də çox utancverici olur".
Qeyd edək ki, Nigar paylaşımında "Çox maraqlıdır yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər. Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi... Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin" sözlərini yazıb.