Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 20:36
31 gün ərzində 10 dəfə həbs edilən ABŞ-ın Kaliforniya ştatının sakini əşyalarını götürmək üçün oğurladığı avtomobillə polis idarəsinə gedib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Fresno şəhərindən olan 38 yaşlı Kit Çasteyn fevralın 19-dan bəri ümumilikdə 33 qanun pozuntusunda ittiham olunub. Onun hesabında altı avtomobilin oğurlanması, sərxoş vəziyyətdə sürücülük, narkotik, vandalizm və fırıldaqçılıq var. kişi bir ay ərzində on dəfə həbs edilib.
Əşyalarını götürmək üçün oğurlanmış avtomobillə polis bölməsinə gələn amerikalı yenidən həbs olundu. Polis maşını Klovis şəhərində vağzal binasının düz qarşısında saxlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çasteyn oğurlanmış avtomobilin yeganə sərnişini olub və şəxsi əşyaları götürmək polis şöbəsinə gedirmiş.