Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yersiz gəldi, yerli qaç - Fransa zülmü altında inləyən adadan dəhşətli görüntülər - VİDEO

Yersiz gəldi, yerli qaç - Fransa zülmü altında inləyən adadan dəhşətli görüntülər - VİDEO

Tarix: 15 Aprel 2023 13:10

200 ildən artıqdır ki, Fransadan muxtariyyət tələb edən Korsikada gərginlik pik həddə çatıb. 200 ildən çox davamlı olaraq azadlıq mübarizəsi aparan, lakin azadlığına qovuşa bilməyən nadir xalqlardan hesab edən korsikalılara qarşı fiziki zorakılıq, ayrı-seçkilik artmaqda davam edir.

AzTV-nin adadan hazırladığı reportaj özünü demokratiya carçısı hesab edən Fransanın insanlarıh hüquq və azadlıqlarına olan çirkin yanaşmasını ortaya qoymuş olub. Qarabağdakı bir ovuc erməni üçün xüsusi status tələb edən Fransa özü bu bölgələrə müstəqillik və ya muxtariyyət vermək istəmir, onların sakinlərinə qarşı zorakılıqlardan çəkinmir. Bəli, iki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs olunur, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar. Bir qayda olaraq korsikalı siyasi məhbuslar Fransa həbsxanalarında saxlanır və orada onlara qarşı davamlı olaraq mənəvi-psixoloji təzyiqlər və hətta sui-qəsdlər təşkil olunur. İşgəncələrə və siyasi repressiyalara qarşı mübarizə aparan müxtəlif beynəlxalq təşkilatlar Fransanı yerli sakinlərin ictimai-siyasi fəaliyyətini terrorçuluqla eyniləşdirməkdə və onları müstəmləkə əsarətində saxlamaqda günahlandırırlar. Lakin özünü demokratiyanın beşiyi adlandıran Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir ki, çəkmir.

Reportajda ictimai fəal Erik Vanubarle bildirir ki, korsikalılar Fransa hökuməti tərəfindən aşağılanır, fransız dili yeganə rəsmi dövlət dili elan olunub. "Korsikalılar öz adalarında özlərinə ev tapa bilmirlər"- deyə fəal bildirib. Əlavə edib ki, Korsikada inşaat işləri aparılır, yollar altı ay hətta bağlıq alır. Adada yeganə yol inşaat işləri aparan Fransa işbazları tərəfindən bağlanılır. Fransa hökuməti adanı "fransızlaşdırmaqda" davam edir. Tək bir faktı qeyd etmək yerinə düşər ki, hər il planlı şəkildə 5 min Fransa vətəndaşı hökumətin dəstəyi ilə Korsika adasında daşınmaz əmlak alır və adanın demoqrafik vəziyyətini dəyişdirməyə çalışırlar. Buna baxmayaraq beynəlxalq ekspertlərin rəyinə görə hazırda ada əhalisinin ən azı üçdə ikisi müstəqillik uğrunda mübarizəni davam etdirir. Lakin yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır. Odur ki, 2019-cu ildə Makronun adaya səfərini korsikalılar ölü sükutla qarşılamaqla öz etirazlarını bildirmişdilər. Makron hökuməti korsikalıların azadlıq və demokratiya tələbini "terrorçuluq" adlandırır və mütəmadi olaraq adanın siyasi fəallarına qarşı cəza tədbirləri həyata keçirir.

Fransız ordusu Korsikada "anti-terror tədbirləri" adı altında dinc əhaliyə divan tutur. Beynəlxalq mətbuata sızmış bəzi xəbərlərə görə onlarla ictimai fəal terror ittihamı ilə həbs olunub. Erməni terrorçularına, separatçılarına qucaq açan Fransa dünyanın ilk müasir demokratiyası şöhrətini qazanmış Korsikada terrorçu axtarır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bütün dünyada sülhü təmin etməli olan Fransa kiçicik bir adada sülh və əmin-amanlıq arzusunda olan azsaylı bir xalqa qarşı soyqırımı həyata keçirir. Özünü "sivil" və "demokratik" adlandıran Qərb dünyası isə elə bu günlərdə Fransa tərəfindən korsikalılara qarşı həyata keçirilən terror əməliyyatlarına göz yumur. Daim demokratiya və insan haqlarının aliliyindən dəm vuran BMT, Avropa Şurası, ATƏT kimi dünyanı və Avropanı idarə etməyə iddialı olan qurumlar Avropanın mərkəzində korsikalaılara qarşı baş verən soyqırımı qarşısında susurlar.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Yersiz gəldi yerli qaç Fransa zülmü altında inləyən adadan dəhşətli görüntülər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ