Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəyməniz varsa, bu resepti yoxlayın

Soyuqdəyməniz varsa, bu resepti yoxlayın

Tarix: 16 Aprel 2023 11:42

Viruslar artdıqca insanlar tez-tez xəstələnməyə başlayır. İmmunitet zəiflədikcə halsızlıq, iştahasızlıq yaranır. Nəticədə zəif düşən bədənin sağalma prosesi də gecikir.

Sonxeber.net Axşam.az-a istinadən soyuqdəymənin qarşını alacaq resepti təqdim edir:

Tərkibi:

150-200 qram təzə zəncəfil (və ya tozu)

5 kiçik dilim təzə sarıkök (və ya tozu)

4 limon

1 çay qaşığı qara bibər

2 xörək qaşığı bal (veganlar ağcaqayın siropundan istifadə edə bilər)

Hazırlanması:

Zəncəfil, limon və sarıkökün qabıqlarını soyun. Bütün inqrediyentləri mikserdən keçirin və buz qəliblərinə töküb soyuducuya qoyun. 1 stəkan qaynar suya 1 ədəd buza çevrilmiş parçanı atıb qarışdıraraq için. Əgər inqrediyentləri toz şəklində istifadə edəcəksinizsə, yarım stəkan sudan istifadə edin.

Qeyd: Əgər burada adı keçən hər hansı inqrediyentə qarşı allergiyanız varsa, içməyiniz tövsiyə olunmur.


Etiketlər:  Soyuqdəyməniz varsa resepti yoxlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ