Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarınızı piylənmədən xilas edin

Uşaqlarınızı piylənmədən xilas edin

Tarix: 16 Aprel 2023 14:42

Kiçik yaşlarda qidalanma və hərəkətsizlik irəli yaşlarda piylənməyə və həzm sistemi xəstəliklərinə səbəb olur.

Sonxeber.net Axşam.az-a istinadən sizə əsrin ən böyük problemlərindən sayılan piylənmə ilə mübarizə aparmağın yollarını açıqlayacaq.

Düzgün və balanslaşdırılmış qidalanma

Piylənməni tətikləyən ən böyük səbəb qeyri-düzgün qidalanmadır. Uşaqların bəslənməsinə diqqət edin, yetəri miqdarda karbohidrat, yağ və proteyin almasından əmin olun. "Fast-food" qidalardan mümkün qədər uzaq tutun.

Fiziki hərəkətə sövq edin
Uşaqları kiçik yaşlardan etibarən idmana, hərəkətliliyə sövq edin. Məsələn, ən yaxşı üsul uşağı hansısa idman növünə yönəltməkdir.

Yağ istifadə edərkən diqqətli olun
Uşaqların yeməklərini zeytun yağında hazırlamağa çalışın. Bundan əlavə səhər yeməyində duzsuz kərə yağından istifadə edin.

Paket qidalardan uzaq tutun
Marketdə satılan rəngarəng paketlərdəki qidalar hər bir uşağın sevimlisidir. Ancaq körpələri bu cür yeməklərdən uzaq tutun. Bunun üçün onların anlaya bildiyi şəkildə izah edin. Tamamilə uzaq tuta bilmirsizə minumuma endirməyə çalışın.

Su qəbuluna diqqət edin
Uşaqların gündəlik 1,5-2 litr su qəbul etməsi vacibdir. Su eyni zamanda maddələr mübadiləsini tənzimləyərək piylınmınin qarşısını alır

Örnək olun
Uşaqların sağlam bəslənməsi üçün onlara örnək olmalısınız. Evdə sağlam yeməklər hazırlayın, birlikdə gündəlik məşqlər edin.


Etiketlər:  Uşaqlarınızı piylənmədən xilas edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ