Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2023 16:12
Rusiya işğal olunmuş ərazilərdə qondarma "idarə"lərin işçilərini səfərbər etməyə hazırlaşır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
"Ukraynanın işğal olunmuş ərazilərindəki işğalçıların qondarma regional administrasiyalarına Rusiya pasportu olanların siyahılarını yerli "hərbi komissarlıq"lara ötürmək tapşırılıb", - məlumatda bildirilib.
Qeyd olunur ki, Rusiya müvafiq siyahıların elektron formatda təqdim olunmasını əmr edib.