Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu iki ölkə Ukraynanı pis vəziyyətdə qoydu

Bu iki ölkə Ukraynanı pis vəziyyətdə qoydu

Tarix: 17 Aprel 2023 09:14

Kiyev üçün ən çətin dövrdə Polşa və Macarıstan Ukrayna taxılının idxalına qadağa qoyub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ekspress" qəzeti məlumat yayıb.

"AB ölkələri ən çətin vəziyyətdə Ukraynanı tərk edir. Polşa və Macarıstan Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını dayandırıblar və bu, yerli fermerləri çətin vəziyyətə salıb", - məqalədə deyilir.

Nəşrin məlumatına görə, Varşava və Budapeşt bu addımı kənd təsərrüfatı işçilərinin böyük itkilərə məruz qalması səbəbindən atıblar.

Bildirilir ki, qonşu Avropa ölkələrindən olan fermerlər də Ukrayna taxılının onların ölkələrinə böyük həcmdə daxil olmasından, bazarda itki yaratdığından və qiymətləri aşağı salmasından şikayət etməyə başlayıblar.


Etiketlər:  ölkə Ukraynanı vəziyyətdə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ