Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 11:18
Avrokomissiyanın Brüsselin macarların qərarını "həzm edə" bilməməsi səbəbindən yaranan "macar-fobik davranışı" dayandırmasının vaxtı çatıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan XİN rəhbəri Peter Siyarto deyib.
"Əslində vəziyyət elədir ki, Brüsselin konkret işlərlə deyil, ümumilikdə Macarıstanın iradəsi ilə problemləri var", - o bildirib.
Qeyd edək ki, "Transparency International" qeyri-hökumət beynəlxalq təşkilatının hesabatında Macarıstan AB-nin ən korrupsiyalaşmış ölkəsi kimi tanınıb. Macarıstan 180 ölkənin yer aldığı qlobal korrupsiya reytinqində dörd pillə geriləyərək 77-ci yerə enib.