Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 11:30
"Hər peşə çətindir, əziyyətlidir. Amma aktyorluğun ağırlığı bir başqadır. Özəlliklə də əgər komediya janrının aktyorusansa, bir üzün kədərlənsə də, bir üzün gülməlidir, çünki güldürməlisən. Nicatın sözün əsl mənasında 24 saat dayanmadan, isti-soyuq, narahat geyim, şərait bilmədən çəkilməyinin şahidiyəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova yazıb. O, bu gün ad günü olan həyat yoldaşı ilə bağlı bunları əlavə edib:
"Öz həyatında nə qədər çətinliklər olsa da, onları atladıb güldürmək bacarığının şahidiyəm. Vaxt olub 1 aya yaxın bir-birimizi görməmişik. Daim dəyişən qrafik, fərqli obrazlar, tamaşaçılar... Amma Nicat səhnə, kamera, ssenarilərlə yaşayır. Oynadıqda özünü tamamlanmış hiss edir. Daim öz üzərində işləyir. Dram janrında çəkilməklə ilk növbədə özünə öz istedadının çoxşaxəli olmasını, öz bacarığını sübut etdi. Sahib olduğu hər şey özünün illərinin halal əziyyətinindir.
Hər kəsin həm şəxsi münasibətində, həm ümumilikdə həyatında problemləri, ağır anları, kədərləri, stresləri, sınaqları olur. Biz də istisna deyilik. Amma mənim ürəyimdən keçən bunlardır: heyif ki, sənin kimi qardaşım yoxdur, Allahımıza çox şükür ki, sənin kimi yoldaşım var və inşallah sənin kimi övladımız olar".