Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cəbhəyə corabla da gedərəm“ - FOTO

“Cəbhəyə corabla da gedərəm“ - FOTO

Tarix: 17 Aprel 2023 18:38

Bir müddət əvvəl yumorist Maksim Qalkinin "Mənə elə gəlir ki, əgər Filip şəffaf "kolqotka"da (corab -red.) cəbhədə görünsə, bir neçə gün atəşkəsə olar" fikirlərinə Xalq artisti Filip Kirkorovdan cavab gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, rus estradasının 55 yaşlı pop kralı açıqlamasında "Ehtiyac yaranarsa, istənilən formada cəbhəyə getməyə hazıram" sözlərini deyib.

"Sülh naminə, əgər bu, kiminsə həyatını xilas edərsə, o zaman cəbhəyə şəffaf "kolqotka"da (corab -red.) gedəcəyəm. Heç bir şey məni qorxutmayacaq", deyə o bildirib.

Qeyd edək ki, Maksim Qalkin Rusiya tərəfindən xarici agent elan edildikdən sonra həyat yoldaşı Alla Puçavova və uşaqları ilə birgə İsrailə köçüb.

Yumorist xarici ölkələrdə verdiyi konsertlərdə keçmiş həmkarlarını sərt şəkildə tənqid edir və məsxərəyə qoyur.

Milli.Az


Etiketlər:  Cəbhəyə corabla gedərəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ