Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda 32 nəfər saxta içkidən zəhərlənərək öldü

Hindistanda 32 nəfər saxta içkidən zəhərlənərək öldü

Tarix: 17 Aprel 2023 19:42

Hindistanın şərqində yerləşən Bihar əyalətində 32 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Hindistan Radiosu məlumat yayıb.

Aprelin 15-də xəstəxanaya çatdırılan 14 nəfərin vəziyyətinin isə ağır olduğu, zəhərlənmə qurbanlarının sayının arta biləcəyi qeyd olunub.

Məlumata görə, polis kütləvi zəhərlənməyə səbəb olan saxta içkilərin hazırlanmasında şübhəli bilinən 108 nəfəri saxlayıb və 6000 litr zəhərli spirt müsadirə edilib.

Milli.Az


Etiketlər:  Hindistanda 32 nəfər saxta içkidən zəhərlənərək öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ