Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu diplomatlar Rusiyadan qovulacaqlar - Zaxarova

Bu diplomatlar Rusiyadan qovulacaqlar - Zaxarova

Tarix: 18 Aprel 2023 07:16

ABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa yönəlmiş istənilən hərəkətinin qarşısı alınacaq və bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaqlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Anqlosaksların qızışmış rusofobiyasına qoşulan ABŞ, İngiltərə və Kanadanın, digər qeyri-dost ölkələrin cəmiyyətimizdə nifaq və düşmənçilik salmağa yönəlmiş hər hansı hərəkəti ən qəti şəkildə yatırılacaq, bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaq", - Zaxarova qeyd edib.

Milli.Az


Etiketlər:  Bu diplomatlar Rusiyadan qovulacaqlar Zaxarova


RƏYLƏR