Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AB yeni böyük böhranla üz-üzə

AB yeni böyük böhranla üz-üzə

Tarix: 18 Aprel 2023 09:02

Avropa Birliyi yeni böyük miqrasiya böhranına məhəl qoymur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin aparıcı fraksiyasının sədri Manfred Veber "Bild" nəşrinə müsahibəsində bildirib.

"Kəskin artan miqrasiya təzyiqi göz qabağında olsa da, AB yeni miqrasiya böhranına doğru gedir", - o vurğulayıb.

Veber xatırladıb ki, bu ilin ilk üç ayında İtaliyaya keçən illə müqayisədə gələn miqrantların sayında 300 faizdən çox artım var:

"İtaliya artıq fövqəladə vəziyyət elan edib və digər AB ölkələri buna məhəl qoymurlar. Biz İtaliyanı tək qoya bilmərik".

Veber qeyd edib ki, məsələ ilə bağlı partiyası Avropa Parlamentinə müzakirə üçün sorğu göndərməyi planlaşdırır.


Etiketlər:  yeni böyük böhranla üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ