Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Martda Türkiyədə ipoteka ilə satılan mənzillərin sayı açıqlanıb

Martda Türkiyədə ipoteka ilə satılan mənzillərin sayı açıqlanıb

Tarix: 18 Aprel 2023 10:28

Bu il mart ayında Türkiyədə 25 min 262 mənzil ipoteka yolu ilə satılıb ki, bu da ümumi satışın 254 faizini təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

"Bu il yanvar-mart aylarında ipotek üsulu ilə 58 min 822 mənzil satılıb ki, bu da ümümi satışın 20,8 faizini təşkil edib" - deyə dövlət qurumundan bildirilib.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyədə 105 min 476 mənzil satın alınıb ki, bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 21,4 faiz azdır.

2023-cü ilin yanvar-mart aylarında Türkiyədə 283 min 215 mənzil satın alınıb.

Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır.

2023-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 3 min 415 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz azdır.

Hesabat dövründə əcnəbilər ən çox mənzili Antalya şəhərindən alıblar.
Belə ki, Antalyada əcnəbilərə satılan mənzillərin sayı 1 min 324 olub ki, onu sırası ilə 1 min 90 mənzil ilə İstanbul və 240 mənzil ilə Mersin izləyib.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar 1 min 175 nəfər ilə Rusiyadan olub. Onları sırası ilə İran (472), İraq (165) və Ukrayna (160) izləyib.

Milli.Az


Etiketlər:  Martda Türkiyədə ipoteka ilə satılan mənzillərin sayı açıqlanıb


RƏYLƏR